News

The “Milk Valley” project was presented

Today, “BRPG” LLC presents the “Milk Valley” project. The project is designed for small and medium farmers. The project was developed jointly with “Baku Engineering” LLC and includes the construction of a farm and infrastructure for 25, 100 and 200 dairy cows. Project has been presented on www.sudvadisi.az and the application collection has begun.

Read More »

BRPG already provides repair and construction services for individuals. Renovation and construction works of private houses under the INSHAART brand have been started.

BRPG company has been operating in Azerbaijan since 2014, successfully continuing its activities by completing various large and medium construction projects and improving services.⬇️ Initially, the services provided by INSHAART include:🔹 Interior design services of new apartments. This includes interior design and layout of apartments, taking into account the comfort of the apartment owner or commercial purpose (for example, renting or selling after renovation);🔹 ⁠Preliminary renovation (“White Box”) of apartments according to interior design or the Customer’s request (without taking into account the cosmetic stage). Repair works at this stage are carried out quickly, and the quality, budget and time indicators of construction materials used during the transition to the cosmetic stage are transparently selected by the Customer and used in the repair process.🔹 ⁠Construction of private houses. To carry out these works, our architects provide design services, construction evaluation, obtaining building permits, repair and construction works.✅ New obligations await us in this new stage of our activity. In this way, we are always ready to overcome the missions ahead with unwavering cooperation, partnership and collective effort.

Read More »

Evlərin layihələndirməsi zamanı nəzərdən qaçan 7 əsas göstərici

Yeni ev layihələndirməni edərkən, ilk olaraq evin daxili və xarici görünüşü, “modern” və ya “klassik” və ya digər üslubu, divarların rəngi və bu kimi incə detallara nəzər yetirilir lakin bunlarla yanaşı evdə rahatlıq tapmaq üçün əsas vacib olan göstəriciləri bir çox zaman geniş nəzər yetirilmir. 1. Evin sahəsinin düzgün seçilməməsi Evin layihələndirilməsi zamanı sahənin düzgün seçilməsi ən vacib və əsas seçimlərdən biridir. Kiçik sahəsi olan evdə darlıq hiss edilə bilər, digər tərəfdən böyük sahəsi olan evdə istifadə etmədiyiniz sahənin saxlanmağı sizi təmir və kommunal xidmətlər üçün əlavə büdcə ayırmağa məcbur edəcək.Layihələndirilən evin sahəsini nə çox böyük nə də çox kiçik , lazımı sahəni seçmək üçün aşağıdakıları nəzərdən keçirin:• Ailənin tərkibi: Ailənin tam rahatlıqını təmin etmək üçün hər bir ailə nəfəri üçün tələb olunan sahə 25-40 m2 tələb olunur. Məsələn, dörd nəfərlik bir ailəniz varsa, ehtimal ki, 100 ilə 160 m2 sahəsi olan bir mərtəbəli evi planlaşdıra bilərsiniz. Ailənin aktiv üzvləri üçün nisbətən geniş otağa ehtiyacı ola bilər, oturaq insanlar üçün isə nisbətən kiçik otaq planlamaq olar.• Cari təmir və kommunal xərcləri: Evinizin sahəsi nə qədər böyükdürsə, təmizlik və kommunal xidmətlər üçün bir o qədər çox büdcə ayrılır. Bundan əlavə, sanitar qovşaqların sayını təyin edərkən nəzərə alın ki hər bir SQ otağı üçün mütəmadi texniki xidmət, kranların yenilənməsi, duş, və digər SQ aksessuarların təmiz və gigiyenik saxlanılması və baxım tələb edir.• Büdcə: Böyük sahəli otaqlar üçün mebel və aksessuarlara ayrılan bücdə həmçin böyükdür. Daha kiçik otaqlar üçün mebel və aksessuarların yerləşdirərkən sizə artıq, lazımsız sahələri məcburi “boş qalmasın deyə” aksessuar və ya dekorla doldurmağa ehtiyac qalmır.• Valideyin yataq (“master bedroom”) və qonaq otağın vacibliyi: Valideyin otağında geniş çarpayı üçün, dolablar və geniş qarderob üçün kifayət qədər yer ayrılıbmı? Eynilə, qonaq otağınız divan və televizoru yerləşdirmək üçün kifayət edirmi? Qonaq otağın pəncərələrin ölçüləri kifayətdirmi? Mətbəx və ya yemək otağınız üçün ailə tərkiblərini nəzərə alaraq masa və oturacaqları yerləşdirmək üçün kifayət edirmi? Mətbəx otağı ayrı olsun yoxsa qonaq otağı ilə birləşsin? Bu sualların layihələndirmə zamanı memarla birgə cavablandırması tövsiyə olunur. 2. Həyat tərzinizin nəzərə alınmaması Nəzərə alın ki hər bir ailə üzvü evdə rahatlıq taparsa, evdə ailə ilə birgə çox zaman jkeçirmiş olur. Bu baxımından layihələndirmə zamanı aşağıdakı detallara nəzər salınmalıdır: • Evdə neçə nəfər daimi yaşayacaq: Çox-uşaqlı ailədə hər 3-4 nəfər üçün bir SQ/hamam nəzərdə tuta bilərsiniz. Gələcəkdə həyat tərzinizin və ehtiyaclarınızın necə dəyişə biləcəyini də düşünməlisiniz.• İstər bizneslə məşğul olun, istərsə də evdən işləyin: “Online” işləyirsinizsə və ya biznes idarə edirsinizsə, sizə xüsusi iş sahəsi lazım ola bilər. İş otağı diqqətinizi cəmləməyə kömək etmək üçün və evin daha səsli hissələrindən uzaq olmalıdır. Bizneslə bağlı qonaqlar qəbul edilirsə fərdi giriş və qonaq qəbulu nəzərdə tutulmalıdır. • Mətbəxin genişliyi: İşgüzarsınızsa, və yeməyi çox vaxtı sifariş edirsinizsə nisbətən kiçik mətbəx ilə qane ola bilərsiniz. Yemək bişirmək həvəsindəsinizsə bu zaman geniş, funksional mətbəxin qurulmalıdır. • Nə qədər qonaqsevərsiniz?: Əgər müntəzəm olaraq qonaq qəbul edirsinizsə, onlarla harada vaxt keçirəcəyinizi düşünün. Layihədə sizin və qonaqlarınızın ünsiyyət qurması üçün kifayət qədər yerin olması nəzərdə tutulmalıdır.Bu kimi xüsusiyyətləri layihələndirmə zamanı memarla bölüşsəniz yeni evdə rahatlıq tapa biləcəksiniz. 3. Ailə üzvləri ilə məsləhətləşməmək Hər bir ailə üzvlərin fikri alınmalıdır. Hətda kiçik yaşlı ailə üzvündən belə fikir nəzərə alınmalıdır. Misal olaraq, altı nəfərlik bir ailə ən azı beş yataq otağı və iki SQ otağı nəzərdə tutulubsa belə, digər xüsusiyyətlər haqqında ümumi bir ailə rəyi də alınmalıdır.Bunu həyata keçirməyin ən yaxşı yollarından biri ailə yığıncağını təşkil olunması ola bilər. Hər kəsin zövqü və rahatlığı üçün istəklərini nəzərə alın. 4. İqlim şəraitə və ərazinin yerləşməsinə nəzər yetirməmək Bəzi layihələrin həyata keçirilmə zamanı nəzərdə tutulmayan xərclər yarana bilər və ya cizgilərdən kənara çıxmalar əmələ gələ bilər. Layihələndirilən zamanı bu suallar cavablanmalıdır:Gün işığı kifayət edirmi? Qonşu evlərin kölgəsi və ya eyvanı həyətin hansı hissəsinə baxır? Eynisilə bizim evin pəncərəsi qonşu ərazisinə nə cür baxır və ya təbii işıqlandırmanı kifayət qədər ala bilirmi? Qonaq və ya yataq otaqların pəncərələri şərqə baxsın, yoxsa qərbə? Günəş işığı çıxanda və ya batanda hansı otaqlara düşsün? Bu sualların cavabını ərazinin baxış keçirmədən sonra memar ilə məsləhətləşmək lazımdır. 5. Otaqların yerləşməsinə nəzər yetirməmək Evin girişində ayaqqabıları yığmaq üçün yer varmı? Ayaqqabı geyinmək üçün əyləşməyə yer varmı? Güzgü asmağa yer varmı?Bir qayda olaraq, yataq otaqları yoldan və qonaq otaqdan aralı olmalıdır. Hər otağın pəncərəsi olmalıdır. SQ otağından yataq otağına gedən yol qonaq otağın yolu ilə kəsişməli deyil. Otaqların bu kimi yerləşdirilməsində məhdudiyyətlər varsa digər alternativ üsullarla layihələndirmək lazımdır, misal olaraq, paltar dolabı səsboğucu funksiyasına malik olduğuna görə yataq otağında nisbətən səsli otaq və ya dəhliz tərəfdə layihələndilə bilər. Bu sualları memarla görüş zamanı detallı muzakirə edərək cavab tapmaq lazımdır. 6. Saxlama yeri yetərsizliyi Saxlama yerləri bəzən sonradan düşünülür. Bununla belə, saxlama yerində qənaət etmək bir çox ev sahibləri üçün sonradan peşmançılıq hissi ilə nəticələnir. Əşya anbarları üçün yetərli sahənin olması əvvəlcə düşünülməlidir. “Rolikləri” qoymağa, “mürəbbələri” saxlamağa və ya səyahət üçün nəzərdə tutulan iri çantalar üçün və sair bu kimi əşyaların saxlanmılması üçün sahələri əvvəlcədən nəzərdə tutmalısınız.Yuxarıdakı göstəricilər evdə rahatlıq tapmaq üçün memarla sifarişçinin əsas muzakirə edəcəyi mövzulardlır. Sonrakı mərhələdə memarlıq və konstruksiya həlli, tikinti texnologiyası, binanın bünövrəsi, dayanıqlığı, nəm izolyassiyası, binanın fasadı və sair konstruktiv həllər üçün layihələndirmənin növbəti mərhələsinə keçid edilir, layihələr hazırlanır, tikintiyə icazə alınır və tikintiyə başlanır. 7. Sual verməkdən çəkinmək Memarlıq cizgiləri ilk baxışdan qəliz görünür. Memarın sizə ciginin niyə bu cür məsləhət gördüyünü izah etməsini istəyin və istəklərinizi bildirməkdən çəkinməyin. Hər məsləhət görülən layihə sizin istəyiniz kimi olmaya bilər. Bilin ki tikinti başlayandan sonra edilən dəyişiklər sizə əlavə xərc yarada bilər, və ya “ürəyinizdən olmayan” bir evdə yaşamağa məcbur edə bilər. Odur ki, memara sualları verməkdən çəkinməyin, layihəyə kifayət qədər zaman ayırın, cizgi sizin üçün məntiqli deyilsə, bu barədə bildirin. Səriştəli memarlar bu sualların cavabının tapılması üçün dəstək ola bilər. mütəxəssisləri bu kimi sualların cavablandırılması və arzu etdiyiniz evin layihələndirilməsi və tikintisi üçün Sizə hər bir xidməti göstərməyə hazırdır.

Read More »